İnsanlara hürriyət, millətlərə istiqlal!

Peşə təhsili alan gənclərə hərbi xidmətdən MÖHLƏT – Amma bir şərtlə!

1934 28.07.2025 14:33 Ölkə A A

Azərbaycanda peşə təhsili alan bəzi gənclər hərbi xidmətə çağırışdan möhlət hüququ əldə edirlər.

Musavat.com xəbər verir ki, bu güzəşt yalnız müəyyən şərtlər daxilində tətbiq olunur.

Belə ki, peşə təhsili müəssisələrinə daxil olmamışdan əvvəl tam orta təhsil almamış çağırışçılara, 20 yaşına qədər müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Sözügedən şəxslər yalnız 20 yaşınadək bu hüquqdan istifadə edə bilirlər. Yaş həddinə çatdıqda, möhlət avtomatik qüvvədən düşür və çağırış qüvvədə qalır.

Qanunvericiliyə görə bu istisna yalnız qeyd olunan təhsil statusuna malik olanlara şamil edilir. Digər şəxslər möhlət hüququndan yararlana bilməz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR