İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Böyük Britaniyaya başsağlığı verdi

1472 12.06.2025 18:06 Siyasət A A

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə başsağlığı məktubu göndərib.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR