İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Türkiyədəki inflyasiyadan danışdı: Onlar bunun qarşısını ala bilmirlər

1271 25.04.2024 18:53 Siyasət A A

 

Rusiya Mərkəzi Bankı inflyasiya təhlükəsi səbəbindən əsas faiz dərəcəsini yüksək həddə saxlayır.

Musavat.com xəbər verir ki, bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) qurultayında Rusiya prezidenti Vladimir Putin deyib.

O bildirib ki, əks halda inflyasiya Türkiyədə və bir sıra digər ölkələrdə olduğu kimi ikirəqəmli ola bilər:

“Baxmayaraq ki, risklər hələ də mövcuddur, biz görürük və Mərkəzi Bank da görür ki, bu tendensiyalar inflyasiyanın azaldılmasına yönəlib. Ona görə də onlar əsas faiz dərəcəsini yüksək saxlayırlar. Yəqin ki, başqa yolla gedilsə, bizdə də inflyasiyanın ikirəqəmli olduğu bəzi qonşu ölkələrdəki vəziyyət yaranar. Onlar faiz dərəcəsini dəfələrlə artırsalar da, müəyyən həddi keçdiklərinə görə onlar indi bunun öhdəsindən gələ bilmirlər. Başa düşürsünüz də, mən kimləri nəzərdə tuturam, məsələn, bizim dostlarımız Türkiyə”.

Putin əlavə edib ki, Türkiyə hələlik bununla bağlı heç nə edə bilməyib, ona görə də “burada çox diqqətli olmalıyıq”: "Tənzimləyici də belə işləyir".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR