Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın Rusiya prezidenti Vladimir Putinin dövlət iqamətgahına hücum cəhdinə cavabın diplomatik formatda olmayacağını bəyan edib.
Musavat.com xəbər verir ki, Zaxarova “Solovyov LIVE” efirində çıxışı zamanı bildirib ki, Kiyev son addımları ilə artıq özünə heç bir məhdudiyyət qoymadığını açıq və dolayı şəkildə nümayiş etdirir.
Onun sözlərinə görə, baş verənlər beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır və eskalasiyanı dərinləşdirir. Rusiya XİN sözçüsü hücumu ABŞ prezidenti Donald Trampa da “sillə” kimi qiymətləndirərək, bu addımın Vaşinqtona açıq mesaj daşıdığını vurğulayıb.
Mariya Zaxarova qeyd edib ki, Moskva yaranmış vəziyyəti nəzərə alaraq öz təhlükəsizlik maraqlarını qorumaq üçün adekvat və sərt addımlar atmaq hüququnu özündə saxlayır.
Musavat.com






