İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın işçilər tualetdə gizlədilmiş kamera tapdı - ŞOK VİDEO

1681 15.11.2025 10:55 Hadisə A A

İstanbulun Esenyurt rayonunda üç qadının işlədiyi bir tikinti şirkətində ciddi qalmaqalı yaşanıb.

Musavat.com xəbər verir ki, şirkətin tualetində ventilyasiya sahəsinə gizlədilmiş kamera işçilər tərəfindən aşkar edilib.

Məlumata görə, işçilər tualetdə şübhəli vəziyyət gördükdən sonra ventilyasiya bölməsini yoxlayıb və içərisinə yerləşdirilmiş kameranı çıxarıblar. Hadisə dərhal polisə bildirilib.

Polis əməkdaşları əraziyə gələrək kameranın kim tərəfindən və nə məqsədlə quraşdırıldığını müəyyən etmək üçün araşdırmaya başlayıb. Faktla bağlı zəruri ekspertiza və texniki təhlillər aparılır.

Hadisə şirkətdə və sosial mediada ciddi narahatlıq yaradıb. Araşdırma davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR