İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" bu futbolçu ilə yollarını ayırdı

4310 01.09.2025 03:03 İdman A A

"Qalatasaray" Elias Jelert Kristensenin satınalma bəndi ilə müvəqqəti transferi üçün "Sauthempton"la razılıq əldə edib.

Milli.Az xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesabı məlumat yayıb.

Müqaviləyə əsasən, "Sauthempton" bu keçid üçün 300 000 avro müvəqqəti transfer haqqı ilə yanaşı 250 000 avro bonus ödəyəcək.

Bundan əlavə, futbolçunun maaşını "Sauthempton Football Club Limited" şirkəti ödəyəcək.

Satınalma seçimi həyata keçirilərsə, "Sauthempton" "Qalatasaray"a 8.500.000 avro transfer haqqı verəcək.

Həmçinin futbolçunun sonrakı satışından əldə olunan qazancın 10%-i "cimbom"a ödənəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR