İnsanlara hürriyət, millətlərə istiqlal!

QALMAQAL: Jurnalistin telefonuna casus proqram yerləşdirildi

643 18.12.2025 19:58 Dünya A A

Belarusda jurnalistin Dövlət Təhlükəsizliyi Komitəsində (KQB) dindirilməsindən sonra onun mobil telefonunda casus proqram təminatı aşkar edilib.

Musavat.com xəbər verir ki, bu barədə Resident.ngo qrupu birgə araşdırmaya istinadən məlumat yayıb.

Məlumata görə, dindirmə zamanı jurnalist telefonunu müvəqqəti olaraq KQB əməkdaşlarına təhvil verib. Daha sonra ondan cihazdakı bəzi məlumatları göstərməsi tələb olunub və telefon yenidən götürülüb. Araşdırmaçılar hesab edirlər ki, KQB əməkdaşları bu prosesdə jurnalistin PIN-kodunu qeydə alaraq telefona ResidentBat adlı casus proqramı quraşdıra biliblər.

ResidentBat casus proqramı Android əməliyyat sistemi ilə işləyən smartfonlar üçün nəzərdə tutulub. Bu proqram vasitəsilə zənglərin jurnalı, mikrofon vasitəsilə səsyazmalar, ekran görüntüləri, SMS mesajlar, şifrələnmiş messencerlərdə yazışmalar, telefonun yaddaşında saxlanılan fayllar üzərində tam nəzarət əldə etmək mümkündür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR