İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" - "Ayntraxt" oyununun təyinatları açıqlandı

651 19.01.2026 13:22 Ölkə A A

Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununun təyinatları açıqlanıb.

Qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sandro Şerer olacaq. Ona həmyerliləri Stefan De Almeyda və Yonas Erni kömək göstərəcək. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fendrix əyləşəcəklər.

UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR