İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşdi

2179 31.08.2025 14:57 İdman A A

"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsində bütün ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.

Musavat.com Sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Ağdam klubunun rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcəyi qeyd edilib.

"Qarabağ"ın Liqa mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək ehtimalı da müzakirə olunurdu.

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində 8 matç keçirəcək ki, bunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

Ağdam klubunun ilk ev oyunu oktyabrın 1-də Danimarkanın "Kopenhagen" klubuna qarşı olacaq.

"Qarabağ"ın digər ev oyunları noyabrın 5-də "Çelsi"yə (İngiltərə), dekabrın 10-da "Ayaks"a (Niderland) və yanvarın 21-də "Ayntraxt"a (Almaniya) qarşı olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR