İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” işin sonuna gəldi, xahiş etdi, RAZILIQ ALDI

1699 16.04.2025 20:38 İdman A A

“Qarabağ” ev oyunlarının “Azərsun Arena”da keçirilməsi üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Müraciətdə stadionda təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Misli Premyer Liqasının 2024/2025 mövsümünün son ev oyunlarını “Azərsun Arena”da qəbul etmək istədiyi bildirilib.

“Qarabağ”ın müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan PFL məsələni müsbət qarşılayıb.

Beləliklə, XXXIII turun “Sumqayıt” ilə mayın 4-də gerçəkləşəcək görüşündən etibarən “Qarabağ” ev oyunlarını “Azərsun Arena”da keçirəcək.  (Sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR