İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ-Kopenhagen" oyunundan əvvəl fan zona təşkil olunacaq

874 01.10.2025 14:42 İdman A A

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda "Qarabağ"-"Kopenhagen"lə qarşıya-qarşıya gələcək.

Musavat.com xəbər verir ki, qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq” tərəfindən xüsusi fan zona yaradılacaq.

Saat 18:00-20:00 aralığında fan zonada azarkeşlər üçün əyləncəli proqram nəzərdə tutulub. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.

Bundan əlavə, illərdir hər kəsin sevimlisi olan “Final” çay tərəfindən də xüsusi fotozona yaradılacaq və qonaqlara çay təqdim ediləcək.

Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və adıçəkilən şirkətlər qrupunun dəstəyilə komanda böyük uğurlar qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR