İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" sayəsində UEFA reytinqində irəlilədik

2237 28.08.2025 15:49 İdman A A

Azərbaycan UEFA-nın əmsallar reytinqində mövqeyini gücləndirib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, "Qarabağ"ın "Ferentsaroş"u üstələyərək Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi nəticəsində ölkəmiz daha 6 əmsal qazanıb.

Bu isə Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb.

Yekun nəticədə reytinqə 1,500 əmsal əlavə olunub. Bununla da əmsal ehtiyatını 21,000-a çatdıran Azərbaycan Ukrayna (19,850) və Sloveniyanı (20,468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR