İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" "Xetafe"dən daha zəifdir, La Liqada qala biləcək gücdədir”

4322 01.11.2025 10:42 İdman A A

İspaniya mətbuatı "Atletik"in La Liqanın 10-cu turunda "Xetafe"yə 0:1 hesabı ilə məğlubiyyətindən yazıb.

Sportinfo.az xəbər verir ki, "EIDesmarque" portalı Bilbao təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda "Qarabağ" üzərində 3:1 hesablı qələbəsini də xatırladıb:

"Hesab 0:1 olarkən, qol axtaran "Atletik"in deyil, "Xetafe"nin olması qəbuledilməzdir. Ernesto Valverdenin komandası öz cərimə meydançasında ilişib qalırdı,

Unai Simon seyvlərlə yadda qaldı. Qonaq qapıçı Fernando Sorianın isə demək olar ki, heç bir problemi yox idi.

Lakin "Atletik" bundan bir neçə gün əvvəl Çempionlar Liqasında oynamışdı və həmin matçda yaxşı çıxış etmişdi. İlk dəqiqədə qol buraxan "Atletik" Qurban Qurbanovun məşqçisi olduğu "Qarabağ"a qarşı əlindən gələni göstərmişdi.

Lakin "Qarabağ" "Xetafe"dən daha zəif idi. "San Mames"dəki oyununa əsasən, demək olar ki, "Qarabağ" La Liqada orta və aşağı sıralarda olan, liqada qalmaq uğrunda mübarizə apara biləcək gücdə komandadır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR