İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərar dəyişdi, "Qarabağ"a görə pul almadılar - ŞƏRT AÇIQLANDI

2665 21.04.2024 16:41 İdman A A

"Sabah"da mükafatlandırma sistemi dəyişib.

Bu səbəbdən "bayquşlar" Premyer Liqanın 30-cu turunda "Qarabağ" üzərində əldə etdiyi 3:2 hesablı qələbəyə görə mükafat almayıb.

Futbolçulara bildirilib ki, onlara "ənam" mövsümün sonunda veriləcək.

Təbii ki, onda komanda avrokuboklara vəsiqə qazansa. Bu halda Masazır təmsilçisinin hər bir üzvünə böyük miqdarda ödəmə ediləcək.

30 tura 43 xal toplayan "Sabah" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Dördüncü yerdəki "Neftçi"dən cəmi 4 xal geri qalırlar. (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR