İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzza sektorunda aclıqdan ölənlərin sayı 289-a çatdı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

763 24.08.2025 21:20 Ölkə A A

Qəzza zolağının Səhiyyə Nazirliyi bildirib ki, bölgədə aclıq və qida çatışmazlığı səbəbindən indiyədək 289 nəfər həyatını itirib.

Musavat.com xəbər verir ki, son sutka ərzində 8 nəfər qidalanma çatışmazlığından ölüb.

Bundan bir gün əvvəl BMT ilk dəfə olaraq Qəzzada vəziyyətin katastrofik aclıq həddinə çatdığını təsdiqləyib. Bildirilir ki, bölgədə humanitar durum qida təhlükəsizliyi üzrə beynəlxalq IPC şkalasında ən son – 5-ci səviyyəyə yüksəlib.

Bu kateqoriya yalnız üç kritik göstərici müşahidə olunanda tətbiq olunur: ərzağın kəskin çatışmazlığı, ağır qidalanma problemləri və aclıqdan ölüm halları.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR