İnsanlara hürriyət, millətlərə istiqlal!

Qrenlandiyalı naziri Ağ Evdə ağlatdılar

2597 15.01.2026 18:50 Dünya A A

Qrenlandiyanın xarici işlər naziri Vivian Mosfeldt Ağ Evdə ABŞ administrasiyasının rəsmiləri ilə görüşdən sonra verdiyi müsahibə zamanı göz yaşlarına boğulub.

Musavat.com xəbər verir ki, bu barədə KNR radiostansiyasının məlumat yayıb.

"Gün ərzində dünyanın hər yerindəki media orqanları tərəfindən diqqətlə izlənilən görüşdən sonra Vivian Mosfeldt və Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ-dəki Danimarka səfirliyində mətbuat konfransı keçirdilər. Bundan dərhal sonra Mosfeldt KNR radiosunda canlı yayıma çıxdı və burada adətən təcrübəli və təmkinli siyasətçinin emosiyaları büruzə çıxdı", - deyə məlumatda bildirilir.

Mosfeldt brifinqdə son bir neçə günün "çətin" keçdiyini, Qrenlandiya və Danimarka nümayəndələri amerikalılarla görüşə hazırlaşdığını, lakin ABŞ rəsmiləri tərəfindən təzyiqin artmış olduğunu bildirib.

Daha əvvəl bildirilmişdi ki, Ağ Evdə Qrenlandiya ilə bağlı görüşdən sonra Rasmussen nümayəndə heyətinin maşınına sürətlə yaxınlaşıb siqaret yandırıb. TV2 müxbirləri əlavə ediblər ki, diplomat həmçinin Mosfeldtə də siqaret təklif edib.

Qeyd edək ki, Tramp administrasiyası Qrenlandiyanı Danimarkadan qoparmağa israrlıdır və bu istiqamətdə heç bir güzəşti qəbul etmir. Nazirin ağlamasından aydın olur ki, Danimarka Vaşinqtonun qarşısında çarəsizdir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR