İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubernatorun atası senator təyin olundu

423 17.12.2025 16:44 Dünya A A

Rusiyanın Smolensk vilayətindən Federasiya Şurasının üzvü vəzifəsinə Yuri Vorobyov təyin olunub.

Musavat.com bildirir ki, bu barədə Vorobyov özünün Telegram kanalında məlumat verib.

O, Smolensk vilayətinin qubernatoru Vasili Anoxinə göstərilən etimada görə təşəkkür edərək bildirib ki, birgə səylərlə regionun inkişafına və smolensk sakinlərinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş mühüm layihələri həyata keçirməyə ümid edir.

Qeyd edək ki, dekabrın 10-da regionu təmsil edən senator Ruslan Smaşnev öz istəyi ilə səlahiyyətlərini dayandırıb. Qanunvericiliyə əsasən, onun yerini qubernatorun seçkilərə getdiyi “senator üçlüyü”ndən olan namizədlərdən biri tutmalı idi. Lakin həmin namizədlərdən imtina olduğu halda, qubernator seçim hüququnu özü həyata keçirə bilər. Bu dəfə də məhz həmin mexanizmdən istifadə olunaraq, artıq Federasiya Şurasının üzvü olan Yuri Vorobyov regionun senatoru təyin edilib.

77 yaşlı Yuri Vorobyov Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun atasıdır. O, indiyədək Voloqda vilayətini Federasiya Şurasında təmsil edib və eyni zamanda Şuranın sədr müavini vəzifəsini tutur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR