İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafael Fiziyev Bakıda döyüşəcək? - ÖZÜ AÇIQLADI

1048 12.04.2025 15:09 İdman A A

UFC-nin azərbaycanlı döyüşçüsü Rafael Fiziyev iyunun 21-də Bakıda keçiriləcək yarışda iştirak edəcəyini bildirib.

33 yaşlı idmançı bu məlumatı sosial media hesabında yayıb.

O, Bakıda yerli azarkeşlər qarşısında döyüşməkdən məmnun qalacağına inandığını bildirib.

Fiziyevin rəqibi hələlik açıqlanmayıb. Ancaq "Ataman" ləqəbli təmsilçimizin yarışın əsas kartında yer alacağı ehtimal olunur.

UFC Fight Night 260 turnirinin paytaxtımızda keçirələcəyi dünən təsdiqlənib.

Bu, Azərbaycanda Mütləq Döyüş Çempionatı üzrə ilk yarış olacaq. Gecənin əsas döyüşü Camahal Hill ilə Xalil Rountri arasında keçiriləcək. Turnirin biletləri aprelin 25-dən etibarən satışa çıxarılacaq.

UFC Bakı gecəsi həm Rafael Fiziyev üçün, həm də Azərbaycan döyüş idmanı tarixi üçün önəmli mərhələ olacaq.  (Offsideplus.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR