Azərbaycanlı iş adamı Dubay şəhərində oğluna təmtəraqlı toy mərasimi keçirib.
Mərasimdən çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılıb. Görüntülərdən aydın olur ki, toy yüksək səviyyədə və olduqca dəbdəbəli şəkildə təşkil olunub. Məclisdə Azərbaycanın Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nanə Ağamalıyeva edib.
“Yeni Sabah” saytı isə öyrənib ki, Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib. Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.
Razi Nurullayev bu məsələ ilə bağlı nə düşünür? Təmtəraqlı toylarla bağlı hər zaman tənqidi çıxışlar edən deputatln cavabı necə olacaq?
Bütün bu sualları bu gün saat 10.00-da deputat Razi Nurullayev cavab verəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.






