İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real Madrid"də ciddi İTKİ

1444 04.11.2025 19:28 İdman A A

"Real Madrid" klubu əsas heyət üzvünü itirib.

Madrid təmsilçisinin futbolçusu Franko Mastantuono zədə səbəbindən sıradan çıxıb.

Məlumatı klubun mətbuat xidməti yayıb. Bildirilib ki, argentinalı hücumçuda qasıq sümüyü iltihabı aşkarlanıb və onun müalicəsinə artıq başlanılıb.

28 yaşlı oyunçunun bərpa müddətinin nə qədər çəkəcəyi isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm "Real Madrid"in heyətində 12 rəsmi oyunda meydana çıxaraq 1 qol vurub və 1 asistlə yadda qalıb./Milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR