Donetsk istiqamətində yayılan yeni görüntülər cəbhədəki ağır vəziyyəti bir daha nümayiş etdirib.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Rusiya qüvvələrinin istifadə etdiyi marşrutlardan biri əks olunub. Kadrlarda yol boyunca məhv edilmiş hərbi texnikalar və döyüş zamanı həlak olmuş hərbçilərin cəsədləri görünür.
Görüntülərdə ən azı doqquz sıradan çıxarılmış texnika vahidi seçilir. Məlumata görə, sözügedən marşrut Rusiya qoşunlarının logistika məqsədilə istifadə etdiyi yollardan biridir.
Videoda həmin istiqamətdə hərəkətin ciddi itkilərlə müşayiət olunduğu əks olunur. Bildirilir ki, cəbhənin bu hissəsində logistika marşrutları mütəmadi olaraq pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır.
Musavat.com






