İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya interneti belə “boğur”

406 22.01.2026 20:40 Dünya A A

Rusiyada internetə nəzarət daha da sərtləşdirilir.

Musavat.com xəbər verir ki, bu ilin yanvar ayının əvvəlindən etibarən Roskomnadzor ölkədə 439 VPN xidmətini bloklayıb.

Bu göstərici 2025-ci ilin oktyabr ayı ilə müqayisədə təxminən 70 faiz artım deməkdir. Həmin dövrdə 258 VPN servisi məhdudiyyətə məruz qalıb.

“Kommerçant”ın Roskomnadzora istinadən yaydığı məlumata görə, bloklamaların sürətlənməsi dekabr ayında qəbul edilən yeni qərarla bağlıdır. Qərara əsasən, SOCKS5, VLESS və L2TP kimi əlavə protokollar da məhdudlaşdırılır.

Bununla paralel olaraq, Rusiyada VPN xidmətlərinə maraq artmaqda davam edir. Sensor Tower-in məlumatına görə, 2025-ci ilin üçüncü rübündə ölkədə ən böyük beş VPN tətbiqinin aktiv istifadəçi sayı 247 mindən 6 milyondan çox istifadəçiyə yüksəlib.

Piterix trafik mübadilə mərkəzi də dekabr ayının sonundan etibarən Avropa hostinqlərinə yönələn beynəlxalq trafikin sabit şəkildə artdığını qeydə alıb. Mütəxəssislər bu artımın mövsümi səbəblərlə bağlı olmadığını bildirirlər.

Ekspertlərin fikrincə, sərt məhdudiyyətlər xüsusilə biznes üçün risk yaradır. Çünki filtrasiya tədbirləri tez-tez korporativ VPN-lərə və şirkətlərin qanuni internet trafikinə də təsir göstərir.

Bu proses fonunda messencerlərə qarşı təzyiqlərin də artırılması müzakirə olunur. İctimai Palatanın üzvü Maşarov TASS-a açıqlamasında Telegram-ın Rusiya qanunvericiliyinə əməl etmədiyi halda ona qarşı tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib.

Roskomnadzor bundan əvvəl də 2025-ci ildə “qadağan olunmuş kontentin” silinməsində rekord artım qeydə alındığını açıqlaylb və 2026-cı ildən internet trafikinə süni intellekt əsaslı filtrasiya tətbiq etməyi planlaşdırdığını bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR