İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya parlamentində QALMAQAL: Putinə qarşı çıxış edən siyasətçi polisə verildi - VİDEO

675 30.01.2026 13:42 Dünya A A

İldə bir dəfə Samara vilayət Duması (regional parlament) parlamentdənkənar partiyalarının nümayəndələrinə deputatlar qarşısında çıxış edərək təkliflərini səsləndirmək imkanı yaradır.

Musavat.com xəbər verir ki, 2025-ci ilin dekabrında bu fürsətdən 69 yaşlı Samara sakini, “Rusiya Demokratik Partiyası”nın üzvü Qriqori Yeremeyev istifadə edib.

O, çıxışı zamanı Ukraynadakı müharibəyə qarşı kəskin mövqe sərgiləyib, müharibənin iflasa uğradığını bildirib və onun davam etdirilməsinin “insan həyatları və talelərinin məhv edilməsi, həmçinin maliyyə və maddi resursların irrasional şəkildə xərclənməsi” demək olduğunu vurğulayıb.

Yeremeyevin çıxışını sona çatdırmasına imkan verilməyib, onun mikrofonu söndürülüb.

Bundan sonra deputatlar pensiyaçı siyasətçi barəsində polisə müraciət ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR