İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bu küçədə yol çökdü

882 04.06.2026 13:35 Hadisə A A

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində ("Grand Amor" şadlıq sarayının yaxınlığında) yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Ərazidə yaranmış çuxur təhlükəsizlik məqsədilə müvəqqəti vasitələrlə nişanlanıb. Ancaq aradan 3 gün keçməsinə baxmayaraq, təmir aparılmayıb. Bu isə nəqliyyat axınına ciddi maneə törədir.

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, problem barədə məlumatlıdırlar.

"Həmin ərazidə "Azəristiliktəchizat" tərəfindən bərpa işləri həyata keçirilməlidir ki, daha sonra asfalt örtüyünün yenilənməsi aparılsın. Bununla əlaqədar "Azəristiliktəchizat" ASC-yə müraciət edilib ki, qısa müddətdə problem aradan qaldırılsın", - A.Nəcəfli vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR