İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sərhəddə nəhəng hərbi baza TİKİR

1957 11.06.2026 10:59 Dünya A A

Rusiya Finlandiya ilə sərhəd yaxınlığında yeni iri hərbi baza inşa edir.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Finlandiyanın "Yle" ictimai yayım şirkəti tərəfindən yayılıb.

Məlumata görə, Petrozavodsk yaxınlığında 4-6 min hərbçinin yerləşməsi üçün nəzərdə tutulmuş böyük bir hərbi şəhərciyin tikintisi aktiv şəkildə davam etdirilir. Peyk görüntülərində artıq qərargah binası, sıra meydanı (platz) və ondan çox kazarma aydın şəkildə görünür. Ümumilikdə isə hərbi şəhərciyin ərazisində 50-dən çox obyektin ucaldılması planlaşdırılır.

Finlandiyalı ekspertlər hesab edirlər ki, söhbət burada yeni motoatıcı briqadanın və ya diviziyanın yerləşdirilməsindən gedə bilər. Bununla belə, ekspertlər Ukraynadakı müharibənin Rusiyanın bu istiqamətdə öz qüvvələrini sürətlə artırmaq imkanlarını hələ ki məhdudlaşdırdığını da qeyd edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR