İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya üçün “keçilməz divar”: NATO robotlaşdırılmış müdafiə xətti qurur  

635 24.01.2026 18:10 Dünya A A

NATO Rusiya tərəfindən mümkün təhlükələrə qarşı yeni və yüksək texnoloji müdafiə strategiyası hazırlayır.

Musavat.com xəbər verir ki, alyans bu çərçivədə silah və sursat ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, robotlaşdırılmış texnologiyalarla təchiz edilən çoxsəviyyəli müdafiə zonası yaratmağı planlaşdırır.

Almaniyanın "Welt am Sonntag" nəşrinə danışan yüksək rütbəli NATO zabitinin sözlərinə görə, görülən tədbirlərin əsas məqsədi Rusiyaya qarşı çəkindirmə mexanizmini gücləndirməkdir. Konsepsiya mümkün hücum ssenarisinin ilkin mərhələdə dayandırılmasını və qarşı tərəfin irəliləməsinin maksimum dərəcədə çətinləşdirilməsini nəzərdə tutur.

Məlumata əsasən, Rusiya və Belarusla sərhəd boyunca uzanan ərazilərdə müasir müşahidə sistemləri, uzaqdan idarə olunan və yarıavtomatik müdafiə qurğuları yerləşdiriləcək. Bu xətt faktiki olaraq “keçilməz divar” funksiyasını yerinə yetirməli və potensial rəqibin dərinliyə doğru hərəkətini önləməlidir.

NATO rəsmiləri hesab edir ki, robotlaşdırılmış və rəqəmsal texnologiyalara əsaslanan bu müdafiə xətti alyansın şərq cinahında təhlükəsizliyi yeni mərhələyə yüksəldəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR