İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan kütləvi dron hücumu: Evlər dağıldı, insanlar yaralandı

455 22.01.2026 13:59 Dünya A A

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə artıq on saatdır ki, pilotsuz uçuş aparatları ilə hücum edir.

Musavat.com xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat verib.

Onun sözlərinə görə, hücum gecə saatlarından başlayıb və səhər saatlarında da davam edib.

“Gecədən səhərə qədər şəhərimizə PUA-lar göndərilir”, - deyə Vilkul bildirib.

Məlumata görə, hücum nəticəsində bir mərtəbəli fərdi yaşayış evi qismən dağılıb, baş verən yanğın isə söndürülüb. Hadisə zamanı 70 yaşlı qadın xəsarət alıb. Ona zəruri tibbi yardım göstərilib.

Saat 10:00 radələrində (Bakı vaxtı ilə 12:00) rəsmi şəxs şəhərin artıq on saatdır dron hücumu altında olduğunu əlavə edib.

“Hamı vəziyyəti anlayır və işləyir... Şəhər üzərində hələ də “Şahed” dronları var”, – deyə o qeyd edib.

Xatırladaq ki, yanvarın 14-nə keçən gecə Rusiya qoşunları Krivoy Roqa kütləvi dron hücumu həyata keçirib. Nəticədə şəhərdə elektrik enerjisi və istilik təchizatı kəsilib. Qəza səbəbindən 45 mindən çox abonent işıqsız qalıb, 700 ev isə istiliksiz olub.

Yanvarın 8-də isə Rusiya ordusu Krivoy Roqda çoxmənzilli yaşayış binalarını ballistik raketlərlə vurub. Hücum nəticəsində azı 10 nəfərin xəsarət aldığı bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR