Ukrayna ordusu işğal altındakı ərazilərdə Rusiya hərbi logistikasına növbəti ağır zərbələr endirib.
Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi daşımalar üçün istifadə olunan üç dəmir yolu körpüsünün vurulduğunu açıqlayıb.
Məlumata görə, zərbələr Zaporojye vilayətinin Razdolnoye və Peterşaqen (keçmiş Kutuzovka) rayonlarında yerləşən dəmir yolu körpülərinə, eləcə də Çonqar körpüsünə endirilib. Bildirilir ki, həmin obyektlər Rusiya ordusunun canlı qüvvə, texnika və sursat daşınmasında mühüm rol oynayırdı.
Bundan əvvəl isə Krımla Xerson vilayətini birləşdirən avtomobil körpüsünə hücum edildiyi barədə məlumat yayılmışdı.
Ukrayna tərəfi bu zərbələrin işğalçı qüvvələrin təchizat imkanlarını məhdudlaşdırmağa yönəldiyini vurğulayıb.
Musavat.com






