İnsanlara hürriyət, millətlərə istiqlal!

Rza Pəhləvi YENƏ çağırış etdi – İran xalqının budəfəki cavabı...

762 29.06.2026 12:30 Dünya A A

İranın devrilmiş şahının oğlu Rza Pəhləvi dörd aylıq fasilədən sonra yeni bəyanatla çıxış edərək ölkə vətəndaşlarına yaxın günlərdə ediləcək ümummilli çağırışa hazır olmaları barədə müraciət ünvanlayıb. Bəyanatda qeyd olunur ki, yaxın zamanda ümumxalq çağırışı ilə bağlı ətraflı məlumat Rza Pəhləvinin rəsmi səhifəsində yayımlanacaq.

Rza Pəhləvinin bundan əvvəlki çağırışlarına da İran xalqının ciddi reaksiya vermədiyi məlumdur. Pəhləviyə xalq arasında inam olmadığını onu çağırışlarına xalqın ciddi yanaşmadığı da göstərir. Siyasi analitiklər hesab edir ki, belə bir reallıq ortada olduğu bir vaxtda Şahın varisinin sonuncu çağırışının da nəticəsinin olmayacağı bəri başdan aydındır.

Əli Orucov: Ukrayna məsələsində Qərbin mövqeyi həlledici olaraq qalır

Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, Rza Pəhləvinin növbəti müraciəti onun uzun müddətdir davam etdirdiyi siyasi strategiyanın tərkib hissəsidir: “O, özünü İran müxalifətinin liderlərindən biri və hətta birincisi biri kimi təqdim etməyə çalışır və ölkədaxili narazılığı siyasi hərəkata çevirməyi hədəfləyir. Lakin indiyədək onun çağırışları İran daxilində kütləvi və davamlı səfərbərlik yaratmayıb.

Bunun əsas səbəblərindən biri Pəhləvinin ölkə daxilində təşkilatlanmış siyasi struktura malik olmaması və uzun illərdir xaricdə yaşaması ilə bağlıdır. Daha bir səbəb onun İran xalqı arasında nüfuzu yüksək olmayan keçmiş şah ailəsinin nümayəndəsi olmasıdır. Başqa bir səbəb onun İranla düşmən olan ABŞ-də yaşamasıdır. Digər tərəfdən, İran müxalifəti müxtəlif ideoloji və siyasi qruplara parçalandığından vahid lider ətrafında birləşməkdə çətinlik çəkir. Bu da Pəhləvinin çağırışlarının təsir imkanlarını məhdudlaşdırır. Bu və digər səbəblərə görə şahın oğlunun son çağırışının da əvvəlkilər kimi genişmiqyaslı nəticə verməyəcəyini söyləyə bilərik”.

Ekspertə görə, hazırkı mərhələdə müşahidə olunan mənzərə onu göstərir ki, Rza Pəhləvinin xaricdə müəyyən siyasi və media dəstəyi olsa da, bunun İran daxilində eyni səviyyədə ictimai-siyasi dəstəyə çevrildiyini təsdiqləyən kifayət qədər fakt yoxdur: “Odur ki, yaxın perspektivdə onun çağırışının ölkənin siyasi mənzərəsində köklü dəyişiklik yaradacağını gözləmək üçün əsaslar da çox azdır...”

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR