İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sabah” da milyonluq transfer edir!

731 06.06.2026 13:05 İdman A A

Tarixində ilk dəfə ölkə çempionatının qalibi olan “Sabah” mövsümə Çempionlar Liqasından başlayacaq. Həm avrokuboklarda, həm də çempionatda uğurlu nəticə qazanmağı hədəfləyən “bayquşlar” bunun üçün heyətini gücləndirir.

Transfermarktın iddiasına görə “Sabah” Yosef Kvidanı transfer edir. Bunun üçün həm futbolçu, həm də klubu - “Apollon”la razılıq əldə olunub.

Kvida 196 sm boya malikdir, mərkəz müdafiəçisidir.

29 yaşlı stoper cari mövsümdə 36 mümkün oyunun 34-də meydanda olub, 5 qol vurub. Aqressivliyi ilə seçilən çexiyalı müdafiəçi 8 dəfə sarı vərəqə ilə cəzalanıb./Offsideplus.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR