İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabahdan bu küçədə hərəkət tam məhdudlaşdırılır

943 23.07.2025 21:35 Ölkə A A

Sabahdan Bakının Səbail rayonunda təmirlə bağlı yolda hərəkətə məhdudiyyət qoyulacaq. 

AAYDA-dan verilən xəbərə görə, sabah saat 08:00-dan iyulun 25-i saat 22:00-a qədər Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Ziya  Yusifzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən küçənin Buxta küçəsilə kəsişməsindən Qəzənfər Əlizadə küçəsilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışıla yanaşmalarını və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR