İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabirabadda DƏHŞƏT: Kişi həyat yoldaşını və gəlinini BIÇAQLADI

956 26.06.2025 08:17 Kriminal A A

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

Məlumata görə, hadisə Sabirabad rayonunun Beşdəli kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Hüseynov Rəvan Sərdar oğlu həyat yoldaşı Beşdəli kənd sakini, 1964-cü il təvəllüdlü Hüseynova Aidə Məhəmməd qızı və gəlini, 1983-cü il təvəllüdlü Hüseynova Lətafət Muxtar qızını bıçaqlayıb.

Yaralılar bıçaq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

R.Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR