İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda 21 yaşlı oğlan faciəvi şəkildə öldü

751 31.10.2025 15:00 Hadisə A A

Salyan rayonunda elektrik cərəyanı vuran gənc xəstəxanada ölüb.

Rayonun Boranıkənd kənd sakini, 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Əliyev yük maşınında ot bağlaması qaldırarkən ehtiyatsızlıqdan elektrik cərəyanına toxunub.

Nəticədə cərəyanın təsirindən yerə çırpılaraq müxtəlif dərəcəli xəsarətlər alan İ.Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, o, iki gündən sonra xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR