İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədəki Amerika bazalarına doğru yeni raket hücumuna başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi telegram kanalı məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl İran ordusu "İldırım" əməliyyatının 21-ci mərhələsi çərçivəsində ABŞ-ın Küveytdəki hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.
İran ordusunun yaydığı rəsmi məlumatda bildirilir ki, İran ərazilərinə hücuma cavab olaraq Küveytin qərbində yerləşən "Əd-Dovha" hərbi bazasında ABŞ Quru Qoşunlarının komandanlıq mərkəzinin sursat və logistika anbarları çoxlu sayda kamikadze dronları ilə hədəfə alınıb.
Xəbərdə vurğulanır ki, "Əd-Dovha" ABŞ-ın Küveytin qərbindəki ən vacib və əsas hərbi bazalarından biridir.
Bu obyekt ABŞ-ın Yaxın Şərqdəki hərbçiləri üçün əsas təchizat mərkəzi rolunu oynayır və burada ABŞ Quru Qoşunlarının, eləcə də Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin böyük heyəti və hərbi texnikası cəmləşib.
Musavat.com






