İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı İrana cavab zərbələrinə icazə verdi? – AÇIQLAMA

1872 01.03.2026 21:36 Dünya A A

Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçir və region ölkələrinin mövqeləri daha da sərtləşir.

Musavat.com xəbər verir ki, CNN telekanalı Səudiyyə Ərəbistanının de-fakto lideri, vəliəhd şahzadə Məhəmməd bin Salmanın İranın son addımlarından sonra Silahlı Qüvvələrə cavab zərbələri endirmək səlahiyyəti verdiyini iddia edir.

Məlumata görə, vəliəhd şahzadə İranın Ərəbistan yarımadasındakı dinc monarxiyalara qarşı “səbəbsiz təcavüz” həyata keçirdiyini bildirib və xüsusilə ölkənin şərq bölgələrinə, eləcə də paytaxt Ər-Riyada yönəlik hücum cəhdlərini “qorxaqcasına” adlandırıb.

Eyni zamanda o vurğulayıb ki, Tehran yaxşı bilir – Səudiyyə hava məkanı nə İsrail, nə də ABŞ tərəfindən İrana qarşı hücumlar üçün istifadə olunmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR