“Qərara əsasən, son 5 il ərzində öz ixtisası üzrə fəaliyyət göstərməyən tibb işçisi yalnız imtahan verdikdən sonra sertifikasiya ala bilər”.
Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova deyib. O bildirib ki, sertifikasiya imtahanı üçün illik davamlı inkişaf balları orta hesabla ən azı 50 bal olmalıdır.
“Hər il davamlı inkişaf balları toplanmalıdır. Yaxşı olardı ki, həkimlər hər il 50 və daha artıq bal toplamış olsunlar”, – şöbə müdiri vurğulayıb.
Şərafət İsmayılova əlavə edib ki, rezidenturanı yeni bitirən tibb işçiləri sertifikasiya imtahanına cəlb olunmurlar:
“Əgər tibb işçisinin bitirməsinin üzərindən 5 il keçibsə, o, ya davamlı inkişaf üzrə ümumilikdə 250 bal toplamalıdır, ya da sertifikasiya imtahanına daxil olmalıdır”.
Şahanə Rəhimli
Musavat.com






