İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO

809 01.09.2023 01:52 Texnologiya A A

Son zamanlar kütləvi şəkildə “WhatsApp” və digər sosial şəbəkə istifadəçilərinin hesablarının ələ keçirilməsi halları artıb.

Elektron Təhlükəsizlik Xidmətinin araşdırmalarına görə, problem istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlanır.

Bəs bu necə baş verir?

İT üzrə ekspert Elvin Abbasov bildirib ki, OTP kodları beynəlxalq SMS daşıyıcıları vasitəsilə gəlir:

“OTP kodlarının oğurlanması o deməkdir ki, “WhatsApp”, “Facebook” və yaxud “Instagram”ı bir cihazdan başqa birinə köçürəndə ikinci telefonda aktivləşdirilmə kodu tələb olunur. O da beynəlxalq SMS daşıyıcıları vasitəsilə gəlir. OTP kodları gələrkən yolda hər hansı bir ölkənin SMS daşıyıcıları ilə oğurlanır. Əgər hədəf varsa , daha başqa hücum növləri də ola bilər. Bir şəxsin bütün sosial şəbəkə hesabları ələ keçirilə bilər. Bu tip hallar baş verdikdə Elektron Təhlükəsizlik Xidmətinə müraciət olunmalıdır”.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR