İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada şiddətli savaş başladı

1398 19.01.2026 23:59 Dünya A A

Suriyada gərginlik yeni mərhələyə keçir.

Musavat.com xəbər verir ki, Suriya Demokratik Qüvvələri-nin rəhbəri Mazlum Abdi-nin Dəməşqi tərk etməsi ilə bağlı yayılan məlumatların fonunda SDQ-dən son dərəcə sərt və açıq mesaj səslənib.

SDQ-nin mətbuat sözçüsü X sosial şəbəkəsində paylaşdığı bəyanatda “Xalqımız üçün hər şey: ya ləyaqətli həyat, ya da şərəfli şəhidlik” ifadəsini işlədib. Bu ritorika bölgədə danışıqların faktiki olaraq dayandığına və kürd qüvvələrinin geri dönüşü olmayan xətti seçdiyinə işarə kimi qiymətləndirilir.

Abdinin paytaxtdan çıxışı ilə bu bəyanatın eyni vaxta düşməsi təsadüfi deyil. Mesaj açıq şəkildə kompromisdən imtina olunduğunu, SDQ-nin isə tərəfdarlarını maksimum səfərbərlik və silahlı ssenariyə hazırladığını göstərir.

“Şərəfli ölüm” vurğusu adətən yalnız son həddə çatmış qarşıdurmalarda səsləndirilir. Bu isə Dəməşqlə münasibətlərdə yeni toqquşma risklərini kəskin artırmaqla yanaşı, regionda maraqları olan bütün oyunçular üçün də ciddi xəbərdarlıq xarakteri daşıyır.

Məhz bu açıqlamadan sonra vəziyyət daha da gərginləşib. Məlumatlara görə, Suriyanın kürdlərin yaşadığı bölgələrində atəşkəs faktiki olaraq pozulub. Suriya ordusu ilə terrorçu kürd silahlı birləşmələri – YPG arasında şiddətli silahlı toqquşmalar başlayıb. Hazırda bölgədə təkcə atıcı silahlardan deyil, top və artilleriya qurğularından da istifadə olunur.

Bildirilir ki, Suriya ordusu YPG mövqelərinə artilleriya ilə intensiv cavab atəşi açır, eyni zamanda kürdlərin yaşadığı şəhər və yaşayış məntəqələri mərhələli şəkildə mühasirəyə alınır. Hərbi əməliyyatların miqyası sürətlə genişlənir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR