İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış biznesmenin oğlu faciəvi şəkildə ÖLDÜ - FOTO

1978 08.07.2025 11:35 Hadisə A A

Tanınmış iş adamı, "Ultra Company" şirkətinin baş direktoru Məhəmməd Zülfüqarlının oğlu faciəvi şəkildə vəfat edib.

Bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, iş adamının oğlu 2007-ci il təvəllüdlü Toğrul Zülfüqarlı Bakının Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt hadisə nəticəsində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, Məhəmməd Zülfüqarlı həm də informasiya texnologiyaları üzrə tanınmış mütəxəssis və təlimçidir.

Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır./Milli.az/

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR