İnsanlara hürriyət, millətlərə istiqlal!

"Teatrda qazanc yox idi"

956 18.10.2025 20:43 Şou-biznes A A

"Həmin dövrdə hər şey çətin idi. Tearda 4 şirvan pul qazanırdıq. Televiziyada isə əməlli pul qazanırdıq. Yolpulum 6 şirvan edirdi, teatrdan 4 şirvan 9 məmməd alırdım. Gəldim kanaldan 80 şirvan, ssenarist olduğum üçün isə 20 şirvan əlavə alırdım. Gözəl vaxt idi".

Bu sözləri Əməkdar artist Rafael İsgəndərov "Efirdən kənar" verilişində deyib. Aktyor teatrda qazanc olmamasından danışıb. 

R.İsgəndərov daha sonra uşaqların telefonla çox məşğul olmasını tənqid edib:

"Sonuncu dəfə küçədə qolu gipsdə uşaq görmüsən? O vaxt beş uşaqdan birinin qolu gipsdə idi. Futbol, dava-dava oynayırdılar. İndi oyunlar, dava telefondadır. Uşaqlar Tarzana baxırdı, ağacdan yıxılırdı. Təbii idi... Maraqlı oyunlar var idi".  (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR