İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Rusiyadan Ukraynaya DƏHŞƏTLİ ZƏRBƏ - Ölənlər və yaralananlar var - VİDEO

1558 03.06.2025 12:51 Ölkə A A

Rusiya ordusu Sumı şəhərinə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb.

“Məqsədli şəkildə mülki şəxslərə hücum edilib. Hazırda xilasetmə əməliyyatı aparılır. Yaralılar çoxdur”, – deyə o Telegram-da bildirib.

Zelenskinin sözlərinə görə, ilkin məlumata əsasən, 3 nəfər həlak olub, 16 nəfər yaralanıb. Məlumatı Fövqəladə Hallar Xidməti də təsdiqləyib. 

“Ən azı bir partlamamış reaktiv mərminin olduğu bildirilir. Həmin mərmi adi yaşayış binasının 9-cu mərtəbəsindəki mənzilin divarını deşib” – deyə Zelenski qeyd edib.

O, beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı siyasi təzyiqləri artırmağa bir daha çağırıb.

Rusiya ordusu hələlik hücumla bağlı açıqlama verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR