İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Təyyarə qəzaya UĞRADI - Yüksək vəzifəlilər HƏLAK OLDU - VİDEO

2401 28.01.2026 10:51 Son xəbər A A

Hindistanın Maharaştra ştatının baş nazir müavini, Milli Konqres Partiyasının lideri Ajit Pavar və daha dörd nəfər təyyarə qəzasında həyatını itirib.

Musavat.com xəbər verir ki, bu barədə “The Indian Express” nəşri Hindistanın Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıb.

İdarənin verdiyi məlumata görə, “Learjet 45” təyyarəsi yerli vaxtla səhər saat 8:10-da Mumbaydan havaya qalxıb və yarım saat sonra Baramati hava limanına eniş cəhdi zamanı qəzaya uğrayıb. Pavarın yerli seçkilər ərəfəsində dörd önəmli ictimai görüşdə iştirak etməsi planlaşdırılmışdı.

Mülki Aviasiya Baş İdarəsinin açıqlamasında bildirilir ki, təyyarədə nazirin iki əməkdaşı və ekipajın iki üzvü də olub.

“Orada olanlardan heç kim sağ qalmayıb”, - deyə idarənin açıqlamasında bildirilir.

Mediada yayılan məlumatlara görə, Pavarın təyyarəsi Hindistanın maliyyə paytaxtı Mumbaydan havaya qalxıb və təxminən 250 km məsafədəki Baramatidə təcili eniş etməyə cəhd edib.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR