İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrorun 7-ci günü: Azərbaycan “Şerlok Holms”larının versiyaları...

1906 29.03.2024 15:38 Yazarlar A A

Bəlkə də biz millət olaraq bu cür komplo-nəzəriyyələrin təsiri altına düşməyə daha çox meylliyik, koronovirus yenicə yayılanda da  “fəallıq” göstərir, ən müxtəlif fərziyyələrə inanırdıq...

“Krokus Siti Holl”dakı terror aktından bir həftə ötdü. Terrorla bağlı ən müxtəlif versiyalar və  konspirologiyalar( sui-qəsd nəzəriyyələri) yavaş-yavaş səngiməkdədir.

Azərbaycan son olaraq bu cür sui-qəsd nəzəriyyələrinin təsiri altına koronovirusun yayıldığı ilk vaxtlarda düşmüşdü. İlk aylar kimi dindirirdin, deyirdilər ki, “bu xəstəlikdən ölən yoxdur, hamısı yaladır...” Sual da edirdilər: “Sizin tanıdığınız kimsə ölübmü?” Sonra gördülər ki, yox əşi, artıq qohum-qonşuda bu xəstəlikdən ölənlər artır, keçdilər peyvəndə. “Peyvənd deyil, əslində hamıya cip yerləşdirirlər, altı aydan sonra hamı öləcək və sairə” konspirologiyalar gündəmə gəldi. Nəhayət, aylar sonra bu komplo-nəzəriyyələr yavaş-yavaş aradan qalxdı. Yeri gəlmişkən, Azərbaycanda hələ də bu xəstəlikdən ölənlər var...  

1711134101_ekran-resmi-2024-03-22-23.01.31.jpg (217 KB)

Bəlkə də biz millət olaraq bu cür nəzəriyyələrin təsiri altına düşməyə daha çox meylliyik, o səbəbdən istənilən hadisədə “fəallıq” göstərməyi, “Şerlok Holms”luğu xoşlayırıq.

“Krokus Siti Holl”dakı terror haqda Azərbaycanda ən çox müzakirə edilən nəzəriyyələri  ümumiləşdirməyə cəhd edək:  

1) Terror aktı azərbaycanlı biznesmenlərin obyektində baş verib, bu təsadüf ola bilməz. Ardınca təbii ki, ən müxtəlif versiyalar səslənir. Ən tirajlısı budur: Biz Rusiya hakimiyyətinə yaxın olduğumuz üçün bu terror aktının azərbaycanlı oliqarxların obyektində baş verməsi bizə mesajdır. Hətta  Rusiyaya dəxli yoxdur e, bizə görədir..Heyrət!         

2) Terror aktını Rusiya (FTX) özü hazırlayıb, (“cins şalvarlılar” və ya “göy göynəklilər” hadisələri idarə edib) çünki Ukraynaya qarşı taktiki nüvə silahı işlətmək istəyir. Bu nəzəriyyə Azərbaycanda “ukraynalıdan artıq ukraynalı olmaq istəyənlərin” versiyası kimi diqqət çəkdi. Nə Qərbdə, nə də Ukraynada belə versiya tirajlandı, çünki qeyri-ciddiliyin də üstündə olan iddia idi.   

6109b836-41c8-4d32-9992-fb350ee8579e-300x300.jpeg (18 KB)     

3) Niyə tacikləri məhz 400 kilometr aralıda-Ukrayna sərhədinə yaxın tutublar, çünki bu Kiyevi ittiham etmək üçün oyundur. Halbuki diqqətli tamaşaçı bilir ki,  FTX bu barədə ilk gündən açıqlama yayıb. Onları Moskvadan çıxandan nəzarətə alıblar, hara gedəcəklərini, sifarişçilərlə görüşüb-görüşməyəcəklərini izləyiblər. Ukrayna sərhədinə çatanda da nəzarətsiz zonaya çatmamış(sərhədə 40-50 kilometr qalmış) həbs etməyə qərar verilib.       

4) Terror aktını əslində taciklər törətməyiblər, orada başqa qrup da olub. Necə olub ki...və sairə.     

Bunlar əlbəttə ki, yalnız Azərbaycanda ağla gələn və gəlməyən versiya-nəzəriyyənin  cüzi hissəsidir. Rusiyanın özündə də bu cür versiyalar həddən artıqdır. 2001-ci ilin 11 sentyabrından çox illər keçib, amma hələ də ABŞ-da əkiz qüllələrin partladılmasında nəzəriyyələrə rast gəlinir. Ən çox yayılmış sui-qəsd nəzəriyyəsinə görə də bunu ABŞ özü təşkil etmişdi ki, Əfqanıstan və İraqa sonrakı hərbi müdaxilələrə haqq qazandırsın. Hətta qoşa qüllələrin çökməsini təyyarə çarpılması ilə deyil, binaya əvvəldən mina qoyub partladılması kimi izah edirlər. Təhlilçilərə görə, insan övladı nəzarət edilə bilməyən hadisə baş verəndə (məsələn, terror aktı, zəlzələ) çox qorxur. Çünki bu təhlükələrin qarşısını almaq mümkün deyil. İnsanların hətta Allahın işi olan zəlzələ haqda da daşlaşmış versiyası var: guya böyük dövlətlər yer altında partlayışlar etməklə bu cür süni zəlzələlər yarada bilir. Terror hadisəsi isə fərqlidir, burada gözəgörünməz qüvvələr(sifarişçilər) mövcuddur, amma terrorçu da var.  Bu cür hadisələr baş verdikdən sonra hər cür qorxulu hekayələr üçün meydan açılır, faciənin arxasında əslində kimin dayandığı barədə ən müxtəlif təxminlər edilir.

screenshot_6.jpg (54 KB)

Əlbəttə, Rusiya hüquq-mühafizə orqanlarının terror aktında Ukraynanı suçlamaq cəhdi də komplo-nəzəriyyəyə aid edilə bilərdi. Yəni heç bir tutarlı(terror törədən taciklərin Ukrayna sərhədi yaxınlığında tutulmasından başqa) sübut olmadığı  halda, Ukraynanı ittiham edilməsi də versiyadır, komplo-nəzəriyyə deyil. Necə ki, prezident Zelenski Rusiya kəşfiyyatının ona dəfələrlə sui-qəsd təşkil etmək istədiyini iddia etməsi də nəzəriyyə deyil, gerçəyə yaxındır.

2962573.png (400 KB)

Rusiyanın “Crocus City Holl” konsert zalında törədilmiş terror aktının izlərini xaricdə axtarması, xüsusilə Ukraynaya yönəlməsi də gözlənilən idi.  Rusiyanın yerinə kim olsaydı, öncə düşmən hesab etdiyi ölkənin rəhbərliyindən şübhələnərdi. Ukrayna Krım körpüsü  partladanda da seçilmiş qurban “Fura” sına bomba yüklənmiş azərbaycanlı sürücüsü Mahir Yusubov idi...

Putin ağıllı adamdır, “küləyin” haradan gəldiyini özü üçün müəyyənləşdirib, amma onun da bu terrorla bağlı sualı var. Əsas sualı da özü səsləndirib:  “Niyə İŞİD Rusiyanı hədəf seçib?” Bu sualın arxasındakı nəzəriyyələr də bəllidir. İŞİD və bu kimi terror təşkilatları ABŞ-ın dəstəyi ilə yaradılır. Məlumat üçün deyim ki, HƏMAS-ı da İsrail ABŞ-ın razılığı ilə yaradıbmış. Sonra da təşkilat İsrailə düşmən kəsilib.

krokus-yanqin.jpg (58 KB)

Rusiyanın İŞİD-lə Ukraynanı necə bir-birinə bağlayır, bu da müharibənin zibilidir. Ukraynada xeyli sayda təkcə Qərb legionerləri(muzdluları) döyüşmür, o sırada bir vaxtlar terror birləşmələrində döyüşmüş xeyli sayda İŞİD-çi də var. Bunu sübut edən kadrları Qərb telekanalları da yayıb. Amma bunlar Ukraynanın bu terrorda əli olduğuna heç bir halda tutarlı sübut ola bilməz.

İndi Rusiya bu terror aktının şokundan və xofundan tezliklə qurtulmaq istəyir, rəsmi təbliğat da buna  yönəlib. Putin və kəşfiyyat bu hadisəni diqqətlə öyrənəcək və lazımı nəticələr çıxaracaq. Hadisənin məsuliyyətini xarici qüvvələrin üzərinə atmaqla iş bitmir, aydındır ki, hüquq-mühafizə orqanları da işini lazımınca yerinə yetirməyib. Məndən soruşsanız, terrorla bağlı əsas versiyam da elə sonuncudur...

Putin gələnəkçidir, ətrafında inandığı az adam var. İqtisadi komanda ölkəni sanksiyalardan hələ qoruya bilir, hüquq-mühafizə orqanlarında isə dəyişiklik qaçılmazdır..                    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR