İnsanlara hürriyət, millətlərə istiqlal!

Toydan əvvəl hoteldə yatan cütlük həbs olundu

1652 03.12.2025 14:06 Ölkə A A

Malayziyanın Kluanq şəhərində gələn ay evlənməyi planlaşdıran nişanlı cütlük dini polis tərəfindən həbs edilib.

Qız başqa şəhərdə yaşayırmış, Kluanqa isə bəyin qohumları ilə tanış olmaq üçün gəlib. O, gənclə birlikdə eyni hoteldə qalıb.

Lakin gecə hotelə dini polis basqın edib. Onlar qapını dərhal açmaq istəməyən qızın izahlarına inanmayıblar və otaqda masanın altında gizlənmiş bəy tapılıb.

Cütlük “halvat” adlı dini cinayətdə (əks cinsdən olan iki şəxsin qanunsuz şəkildə tənha qalmasında) ittiham olunur.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR