İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Paşinyanı “digər oğlan” adlandırdı - VİDEO

1370 01.10.2025 00:32 Ölkə A A

ABŞ Prezidenti Donald Tramp Azərbaycanda “36 il həll olunmaz qalmış” problemi özünün həll etdiyini bildirib.

Musavat.com xəbər verir ki, Tramp çıxışında “Hər şey 36 il davam etdi, hamı deyirdi ki, bu, mümkünsüzdür, amma mən bu problemi həll etdim” deyə vurğulayıb. O, bununla Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə keçirilən tarixi görüşü və həmin görüşdə imzalanan sənədləri nəzərdə tutduğunu qeyd edib.

Diqqətçəkən məqam isə Trampın Ermənistanın adını çəkməməsi və baş nazir Nikol Paşinyanı “digər oğlan” kimi xatırlatması olub. 

“Azərbaycanın rəhbəri və o biri, ‘digər oğlan’…” - Tramp deyib. 

Siyasi müşahidəçilər bu ifadələri Trampın özünəməxsus üslubunun yanaşı, Ermənistan rəhbərliyinə qarşı sayğısızlıq kimi də qiymətləndirirlər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR