İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratlar o əskinasın hazırlanması xərclərinin araşdırılmasını tələb edirlər

563 24.06.2026 08:54 Siyasət A A

ABŞ Konqresindəki demokrat senatorlar üzərində prezident Donald Trampın şəkli olan 250 dollarlıq əskinasın istehsalı üçün maliyyələşdirmənin auditini tələb edirlər.

Musavat.com xəbər verir ki, məlumatı "Axios" mənbələrə istinadən yayıb.

Mənbələrə görə, demokrat senatorlar Maliyyə Nazirliyinin Baş Müfəttiş Ofisindən "qanunsuz 250 dollarlıq əskinas" adlandırdıqları əskinas üzrə xərcləri araşdırmağı xahiş ediblər. Portal qeyd edir ki, ABŞ qanunvericiliyinə əsasən, əskinaslarda və qiymətli kağızlarda yalnız "ölən şəxsin portreti" ola bilər.

Nəşr Demokrat Partiyası nümayəndələrinin məktubuna istinadən yazır: "Amerikalıların artan qiymətlərlə üzləşməyə davam etdiyi bir vaxtda Maliyyə Nazirliyi prezidentin lovğalığı üçün qanunsuz layihə kimi görünən bir şeyə resurslar ayırmaq əvəzinə, təcili iqtisadi məsələlərin həllinə diqqət yetirməlidir".

Daha əvvəl ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, Konqres tədbiri dəstəkləməsə, Vaşinqton administrasiyası Trampın portreti olan 250 dollarlıq əskinasın tətbiqinə təkid etməyəcək. "The Washington Post" qəzetinin əvvəllər xəbər verdiyi kimi, ABŞ Maliyyə Nazirliyi hazırkı prezidentin təsvir olunduğu 250 dollarlıq əskinas buraxılması ideyasını irəli sürür. Əgər bu baş verərsə, Tramp 150 il ərzində sağ ikən ABŞ əskinasında fotosu olan ilk şəxs olacaq.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR