İnsanlara hürriyət, millətlərə istiqlal!

Hazal Kaya Türkiyədən köçür?

186 13.07.2026 00:55 Şou-biznes A A

Türkiyənin tanınmış aktyor cütlüyü Hazal Kaya və Ali Atay yeni qərarları ilə diqqət çəkib.

Cütlük Hollandiyanın Amsterdam şəhərində yeni şirkət qurduqlarını və beynəlxalq layihələrə yönəlməyi planlaşdırdıqlarını açıqlayıb“Aşk-ı Memnu”, “Adını Feriha Koydum” və “Bizim Hikaye” kimi məşhur seriallarla tanınan Hazal Kaya bildirib ki, bu addım onların karyerasını beynəlxalq səviyyəyə çıxarmaq məqsədi daşıyır.

Aktrisa Türkiyəni tamamilə tərk etməyəcəklərini vurğulayıb. Onun sözlərinə görə, ailə həyatı və işlərini iki ölkə arasında davam etdirməyi planlaşdırırlar.

“Yarı-yarıya bir həyat olacaq. Türkiyədən tamamilə ayrılmırıq. Həm ölkə daxilindəki layihələrimizi, həm də oradakı işlərimizi birlikdə davam etdirəcəyik”, – deyə Hazal Kaya bildirib.

Cütlüyün Amsterdamda qurduğu yeni şirkətin əsas məqsədinin beynəlxalq layihələr həyata keçirmək olduğu qeyd olunur.

“Artıq orada da bir şirkətimiz var. Beynəlxalq işlər görməyi arzuladığımız bir şirkət qurduq”, – deyə aktrisa açıqlama verib.
2019-cu ildə ailə quran Hazal Kaya və Ali Atayın iki övladı var. Məşhur cütlük yeni layihələri ilə həm Türkiyədə, həm də xarici bazarda fəaliyyətlərini genişləndirməyi hədəfləyir.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR