İranın ABŞ hərbçilərinə zərbə endirməsi ilə bağlı yayılan məlumatlar ətrafında ziddiyyətli açıqlamalar verilib.
Musavat.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran mediasının Küveytdə üç Amerika hərbçisinin öldürüldüyü barədə iddialarını qəti şəkildə təkzib edib.
CENTCOM-un açıqlamasında bildirilib ki, İran təbliğatının bu gün İranın zərbələri nəticəsində Küveytdə üç ABŞ hərbçisinin öldürüldüyü barədə yaydığı məlumat həqiqəti əks etdirmir.
Komandanlıq vurğulayıb ki, bölgədə ABŞ hərbçilərinin ölümü və ya yaralanması ilə bağlı heç bir məlumat yoxdur və bütün şəxsi heyətin yoxlanılması davam edir.
Bununla yanaşı, The Washington Post qəzeti Küveytdə İranın pilotsuz uçuş aparatının hücumundan sağ çıxan altı ABŞ əsgərinin ifadələrini yayıb.
Nəşrin məlumatına görə, hərbçilər bazanın həssas və İranın mümkün hədəfi olduğu barədə komandanlığa dəfələrlə xəbərdarlıq edildiyini, lakin bu xəbərdarlıqlara məhəl qoyulmadığını bildiriblər.
Onların sözlərinə görə, hərbi rəhbərlik İranın mümkün hədəflərini və atacağı addımları kifayət qədər ciddi qiymətləndirməyib.
Musavat.com






