ABŞ prezidenti Donald Tramp ABŞ-ın Birgə Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) Qrenlandiyaya daxil olmaq üçün ətraflı plan hazırlamağı tapşırıb.
Musavat.com xəbər verir ki, Britaniyanın həftəlik "The Mail on Sunday" qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Tramp Qrenlandiyanı "strateji yeri və mineral sərvətləri"nə əsasən ilhaq etmək istəyir. O, əvvəllər dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmasının vacibliyini bildirib.
Musavat.com






