İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan ŞOK QƏRAR: ABŞ YUNESKO-dan çıxır

903 22.07.2025 14:42 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların YUNESKO-dan çıxması barədə qərar verib.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Açıqlamada bildirilib ki, Tramp ABŞ-ın YUNESKO-dan çıxmasına qərar verib, çünki təşkilat "ədəavət doğuran mədəni və sosial məqsədləri dəstəkləyir" və bu məqsədlər "amerikalıların noyabrda səs verdiyi sağlam siyasi yanaşmalara tamamilə ziddir".

Bu fikirləri "New York Post" qəzetinə açıqlamasında Ağ Evin sədr müavini Anna Kelli deyib.

Qeyd olunub ki, hələ fevral ayında Tramp ABŞ-ın bu təşkilatda iştirakını yenidən dəyərləndirməyi tapşırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR